Oğuzda 59 yaşlı qadın bacısının evində öldü

Oğuz rayonunda 59 yaşlı qadın ehtiyatsızlıqdan ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Şəhər ərazisində bacısının evində yaşayan 1966-cı il təvəllüdlü Qənirə Məhəmməd qızı Musayeva səhvən sirkə turşusu içib.

Qadın ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın xəstəxanada dünyasını dəyişib.