Ermənistanda icma rəhbəri və onun polis məmuru olan dostu öldürüldü

Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) əməliyyatçısı Karen Abramyan Parakar icmasının rəhbəri Volodya Qriqoryanla birlikdə öldürülüb.

Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bundan əvvəl DİN-in Mətbuat Xidməti məlumat vermişdi ki, Merdzavanda Parakar icmasının rəhbəri Volodya Qriqoryan və onun dostu öldürülüblər.

Hadisə nəticəsində daha bir nəfər – Artsrun Qalstyan yaralanıb və hazırda əməliyyat olunur.