Emin Ağalarov ABŞ-dəki evindən paylaşım etdi (Video)

Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov sosial şəbəkədə ABŞ-dəki evindən fotolar paylaşıb.

O, paylaşımında uşaqlarına gənclik illərinin ən dəyərli xatirələrini göstərə bildiyi üçün xoşbəxt olduğunu qeyd edib:

“Nyu-Cersidəki evim, ailəm, dostlarım, ilk biznesim – bunların hamısını övladlarıma göstərə bilirəm. Bu səfərdən daha maraqlı paylaşımlar olacaq”, – deyə Ağalarov bildirib.