Gəncə Şəhər Məhkəməsinin binasında yanğın olub

Bu gün səhər saatlarında Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin zirzəmisində yanğın baş verib.

Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə yerinə dörd yanğınsöndürən cəlb olunub.

Zirzəmidə qurğulardan birinin yanması nəticəsində baş verən yanğın söndürülüb.