“Atamın vəziyyəti yaxşıdır” – Vardanyanın oğlu

“Atam həbsxana kamerasında tək qalır”.

“Unikal” xəbər verir ki, bunu hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın oğlu David Vardanyan deyib.

O, atasının vəziyyətinin yaxşı olduğunu bildirib: “Bildiyimizə görə, atam həbsxana kamerasında təkdir. Onun sözlərinə görə, yaxşıdır və bizi də narahat olmamağa çağırıb”.