“Telegram” messencerinin yaradıcısı Pavel Durov bəyan edib ki, 2018-ci ildə onu zəhərləməyə cəhd ediblər.
O, bu barədə amerikalı bloqer Leks Fridmana müsahibəsində bəhs edib.
Durovun sözlərinə görə, evə qayıdanda qapıda bağlama tapıb:
“Təxminən bir saat sonra bütün bədənimdə kəskin, şiddətli ağrı hiss etdim. Görmə və eşitmə qabiliyyətim dəyişdi, nəfəs almaqda çətinlik çəkdim, sonra huşumu itirdim”.
Ertəsi gün oyandığını vurğulayan Durov insanları qorxutmaq istəmədiyinə görə bu barədə daha əvvəl danışmadığını bildirib.
