Snapchat köhnə postların saxlanmasını ödənişli edir

Snapchat platformadakı köhnə foto və videoların saxlanılmasını ödənişli edəcək.

Valyuta.az xarici mənbələrə istinadən xəbər verir ki, istifadəçilər platformada 5 GB-dan artıq yaddaş tələb edən postlarını saxlamaq üçün ödəniş etməlidirlər.

“Dəyişikliklər bizə yaddaş üçün daha yaxşı yatırım etməyə icazə verəcək”- şirkət rəsmi postunda açıqlayıb.