Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq

Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq. Burada beynəlxalq əhəmiyyətli oyunlar da keçiriləcək.

Bunu gənclər və idman naziri Fərid Qayıbov Xankəndidə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, iki il əvvəl dekabrın 21-də Xankəndi stadionunda futbol oyunu keçirilib. Bundan sonra stadionda rekonstruksiya işlərinə başlanılıb. İşlərin gələn ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur.

“Ötən il dekabrın 21-də Xankəndidə badminton üzrə Azərbaycan çempionatı da keçirilmişdi. Bu isə ilk beynəlxalq yarışdır. Çox qürurluyuq. Biz iki il ərzində artıq Xankəndidə beynəlxalq yarış keçiririk”, – deyə nazir əlavə edib.