Paşinyan: “Avropa Siyasi Birliyinin növbəti sammiti İrəvanda keçiriləcək”

“Avropa Siyasi Birliyinin növbəti 8-ci sammiti 2026-cı il mayın 4-də İrəvanda keçiriləcək”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Telegram” kanalında yazıb.

“İştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı İrəvana dəvət etmişəm. Onların hər birini qəbul etmək mənim üçün böyük şərəfdir”, – deyə o bildirib.

Qeyd edək ki, qurumun ilk sammiti 2022-ci ilin oktyabrında Praqada keçirilib.