Rusiya silahlı qüvvələri Ukraynanın Sumı vilayətinin Şostka rayonunda dəmiryol stansiyasına zərbə endirib.
Bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Qriqorov Ukrayna İctimai Televiziyasına məlumat verib.
Məlumata görə, Şostka-Kiyev sərnişin qatarı zərbəyə tuş gəlib.
Hücum nəticəsində 30-a yaxın insan yaralanıb, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
