Azərbaycanda doqquz ayda ölənlərin sayı açıqlandı

Cari ilin ilk 9 ayı ərzində Azərbaycanda 44 802 nəfərin ölümü qeydə alınıb.

Bu barədə “Teleqraf”ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 24 342-si kişi, 20 460-ı qadın olub.

Qeyd edilib ki, ölümü qeyd alınan şəxslərdən 1 472 nəfəri uşaqdır (18 yaşadək şəxs).