Gəncədə 3 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

III MDB Oyunlarının bağlanış mərasimi ilə əlaqədar oktyabrın 8-də Gəncə Şəhər Stadionu və ətraf ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət təbiq ediləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məhdudiyyət səbəbindən Atatürk prospektində fəaliyyət göstərən 6 və 7 nömrəli marşrut avtobuslarının hərəkəti Heydər Əliyev prospekti ilə təşkil ediləcək.

12 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Bilal Qəhərəmanov küçəsi təyin olunacaq.