Ağdamda yanğında xəsarət alan qadın xəstəxanada ölüb

Ağdam rayonunda baş verən yanğın nəticəsində xəsarət alan qadın xəstəxanada ölüb.

Hadisə oktyabrın 2-də rayonun Quzanlı qəsəbəsində 3 otaqlı evdə baş verib, bu zaman yanıq xəsarəti alan 1965-ci il təvəllüdlü Zibeydə İsmayılova xəstəxanaya yerləşdirilib.

Lakin o, oktyabrın 8-də paytaxt xəstəxanalarından birində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az