UNICEF: Sudanda üsyançıların atəşi nəticəsində 17 uşaq həlak olub

Sudanın El Faşer şəhərinin üsyançılar tərəfindən atəşə tutulması nəticəsində həlak olan dinc sakinlər arasında azı 17 uşaq var.

Bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.

“UNİCEF-ə daxil olan məlumatlara görə, Əl Faşerdə (Şimali Darfur) Dar-əl-Ərqəm köçkün mərkəzinə edilən hücum nəticəsində azı 17 uşaq – doqquz qız və səkkiz oğlan, o cümlədən yeddi günlük körpə həlak olub. Daha 21 uşaq yaralanıb”, – təşkilatın açıqlamasında bildirilir.