Türkiyədə zavodda partlayış: Ölən və yaralılar var

İstanbulun Tuzla bölgəsində gəmiqayırma zavodunda partlayış baş verib.

Median.Az DHA-ya istinadən xəbər verir ki, hadisə zamanı zavodun 1 işçisi ölüb, 3 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə zavodun mühərrik zalında qeydə alınıb.

Partlayış baş verən əraziyə yanğınsöndürənlər və tibb qrupları göndərilib. Yaralılar xəstəxanaya aparılıblar.

Hadisənin dəqiq səbəbi bilinmir.