Mingəçevir şəhərində ağaclar kütləvi şəkildə kəsilib: Polis hərəkətə keçdi

Sosial şəbəkələrdə Mingəçevir şəhərində ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı video paylaşılıb.

Videogörüntülərdə şəhərin 20 Yanvar küçəsində ağacların qırılması əks edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsində ağacların kəsilməsi faktı üzrə Şəhər Polis Şöbəsində prosessual araşdırma aparılır.

Araşdırmanın nəticəsi üzrə zəruri tədbirlər görüləcək.