Mingəçevirdə maşın velosipedçini vurdu

Mingəçevirdə maşın velosipedçini vurub.

“Unikal”ın məlumatına görə, hadisə 20 Yanvar küçəsində baş verib. “VAZ-2107” markalı avtomobil velosipedçini vurub. Qəza zamanı yaralanan velosipedçi, 30 yaşlı Qərib Sabirzadə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.