İslandiyada ilk dəfə ağcaqanadlar görünüb

İslandiyada ilk dəfə ağcaqanadlar aşkarlanıb.

Bu barədə məlumatı entomoloq Byörn Hyaltasona istinadla RUV teleradioşirkəti yayıb.

Entomoloq deyib: “Oktyabrın 16-da axşam saatlarında qəribə milçək gördüm. Məndə dərhal onun nə olacağına dair şübhə yarandı. Tez onu götürdüm”.

İslandiya Təbiət Tarixi İnstitutunun professoru Mattias Alfredson Byörnun üç ağcaqanad aşkarladığını təsdiqləyib. O bildirib ki, bunlar soyuğa güclü davamlılığı ilə seçilən “Culiseta annulata” növünə aid ağcaqanadlardır.