Bakıda daha dörd ünvanda avtobus zolaqlarında minib-düşmə yeri yaradılıb

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, növbəti belə yerlər Nizami rayonunun Qara Qarayev prospektinin üç ünvanında – “8-ci kilometr” bazarının qarşısında, “Neftçilər” və “Xalqlar dostluğu” metro stansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuli küçəsindəki “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.