Metroda qatarların intervalında gecikmə müşahidə olunub

“Bakı Metropoliteni” QSC-də qatarların intervalında gecikmə müşahidə olunub.

Bu barədə Oxu.Az-a sərnişinlər məlumat verib.

Sərnişinlərin sözlərinə görə, saat 11 radələrində qatarlar hər stansiyada 5-6 dəqiqədən bir gəlib.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.