Qəbələdə ağır qəza: 74 yaşlı qadın öldü

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 10 radələrində qeydə alınıb.

İlham Balakişiyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada, 74 yaşlı Vəzuhə Əzməmmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
//oxu.az