Karvaxal uzun müddətə sıradan çıxdı

“Real Madrid”in sağ cinah müdafiəçisi Dani Karvaxal iki-üç ay müddətinə komandasına kömək edə bilməyəcək.

33 yaşlı futbolçunun sağ dizinə xondromata diaqnozu qoyulub.

Onun artroskopik əməliyyata ehtiyacı var.

Xatırladaq ki, Karvaxal İspaniya La Liqasının 10-cu turunda “Barselona”ya qarşı oyunda (2:1) zədə alıb.