Xətaidə 46 yaşlı kişi bıçaqlanıb

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində iki nəfər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

1993-cü il təvəllüdlü İbrahim Əliyev 1979-cu il təvəllüdlü Cəfər Vəliyevin qarın və döş boşluğundan daxilə nüfuz edən 2 ədəd bıçaq zərbəsi yetirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.