Moskvada miqrantlar üçün patentin qiyməti artırıldı

Moskvada miqrantlar üçün patentlərin aylıq qiyməti 8 900 rubldan (190 manat) 10 000 rubla (210 manat) qədər artırılacaq.

Moskva Şəhər Duması bu gün növbədənkənar plenar iclasında bununla bağlı müvafiq qərar qəbul edib.

Məlumata görə, qərarın icrasına 2026-cı ildən başlanacaq.

Bildirib ki, patentlərin qiymətinin artırılması miqrantlarla Rusiya vətəndaşları arasında vergi yükünün eyniləşdirilməsinə yol açacaq.