Abbas Əraqçı: “İran uranın zənginləşdirilməsini davam etdirəcək”

“İran rəhbərliyi uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirmək niyyətindədir”.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

“Biz uranın zənginləşdirilməsini dayandıra bilmərik. Rəsmi Tehran özünün raket proqramı ilə bağlı danışıqlar aparmayacaq. Heç bir sağlam düşüncəli adam hərbi komponentindən imtina etməyə razı olmaz”, – deyə nazir müsahibəsində bildirib.