Nepalda qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Nepalda qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı yeddi nəfərə çatıb.

Median.Az “Nepal News”a istinadən xəbər verir ki, bu barədə polis rəisinin müavini Gyan Kumar Mahato bildirib.

O bildirib ki, qrup 15 nəfərdən – xarici alpinistlərdən və nepallı bələdçilərdən ibarət olub.

Ölənlərdən beşi əcnəbi – üçü ABŞ, biri Kanada, digəri isə İtaliya vətəndaşı olub. Həmçinin iki nepallı da həlak olub.

Bundan başqa, dörd alpinist itkin düşüb, dördü isə yaralanıb.