“Borussiya” futbolçusu ilə yeni müqavilə bağlamağı düşünür

Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Yulian Brandtla yeni müqavilə imzalamağı planlaşdırır.

Bu barədə “Sky Germany” məlumat yayıb.

Onun klubu ilə hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir.

Dortmundluların baş məşqçi Niko Kovaç da almaniyalı oyunçunun komandada qalmasının tərəfdarıdır.

Qeyd edək ki, Yulian Brandt cari mövsüm bütün turnirlərdə 13 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.