Bakıda boruda sızıntı – İçməli su yola axır (Video)

Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 20 ünvanında içməli su borusu partlayıb.

Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, nəticədə içməli su bir həftədən çoxdur yola axır və ərazi sakinləri çətin vəziyyətdə qalıb.

“Su xətti partlayanda gəlirlər, taxtadan cüy vurub gedirlər. 1 həftə keçməmiş yenə partlayır. Yol suyun içində qalır, içməli sudur, axır yollara” – deyə sakinlərdən biri bildirib.

Hazırda su itkisi davam edir və yolda həm piyadalar, həm də nəqliyyat vasitələri üçün hərəkət çətinləşib.

Ərazidən görüntüləri təqdim edirik: