Şahbuz sakini arı sancması nəticəsində ölüb

Şahbuz rayon sakini qızının evində arı sancması səbəbindən vəfat edib.

Hadisə Şahbuz rayonunda noyabrın 9-u saat 14 radələrində baş verib.

Belə ki, Kükü kənd sakini 1959-cu il təvüllüdlü Aftandil Hüseynqulu oğlunu Həsənovu qızının yaşadığı evdə arı sancıb.

A.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.