Aşağı keyfiyyətli şəkillərin yaxşılaşdırılması və bərpası üçün yeni model buraxılıb

Təqdim olunan yeni “Upscale-LoRA” modeli “Qwen-Image-Edit-2509” əsasında qurulub, köhnə və ya aşağı keyfiyyətli şəkillərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün nəzərdə tutulub.

Median.Az bu barədə habr.com-a istinadən xəbər verir.

Model aşağıdakı funksiyaları təmin edir:

1. Detalların bərpası – Pozulmuş və ya itmiş təfərrüatı effektiv şəkildə bərpa edir;

2. Kəskinliyin artırılması – Görüntülərin təbii kəskinliyini qoruyaraq yaxşılaşdırır;

3. Səs-küyün aradan qaldırılması – Şəkillərdəki səs-küyü effektiv şəkildə azaldır;

4. JPEG artefaktlarının təmizlənməsi – Sıxılma zamanı yaranan artefaktları aradan qaldırır.

Əsas tətbiq sahələri isə aşağldakılardır:

– Arxiv şəkillərinin bərpası;

– Ekran görüntülərinin keyfiyyətinin yaxşılaşdırılması;

– Aşağı ölçülü şəkillərin genişləndirilməsi;

– Köhnə fotoşəkillərin müasirləşdirilməsi.

Model özünün elastik quruluşu sayəsində şəkillərin təbii görünüşünü qoruyaraq, onları daha kəskin və detallı hala gətirir. Hazırda “Hugging Face” platformasında test və istifadə üçün əlçatandır.