Türkiyənin xarici işlər naziri Hakan Fidanın gürcüstanlı həmkarı Maka Boçorişvili ilə telefon danışığı baş tutub.
Bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd olunur ki, telefon danışığı zamanı Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsinin axtarış-xilasetmə işləri ilə bağlı məlumat mübadiləsi aparılıb. Gürcüstanın xarici işlər naziri Boçorişvili türkiyəli həmkarına başsağlığı verib.
Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan “C-130” hərbi yük təyyarəsində uçuş heyətinin və 20 nəfərin olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
