Türkiyənin qəzaya uğrayan “C-130” hərbi təyyarəsinin daha iki qalığı tapılıb – Video

Dünən Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin daha iki qalığı tapılıb.

Median.Az bu barədə APA-ya istinadən xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışlar gecə saatlarında davam etdirilib.

Türkiyənin “Akıncı” PUA-sının hazırda hadisə yerində axtarış apardığı vurğulanıb.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.