Papua-Yeni Qvineyada güclü zəlzələ oldu

Papua-Yeni Qvineyada 5.1 bal gücündə zəlzələ baş verib .

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar bu gün Bakı vaxt ilə saat 7:23-də ölkənin şərq hissəsində qeydə alınıb.

Zəlzələnin episentri Qoroka şəhərindən 29 kilometr şimal-şərqdə olub.

Təbiət hadisəsinin ocağı 110 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.