Rusiya vətəndaşının meyiti Ağdaşda tapıldı

Ağdaş rayonunda Rusiya vətəndaşının meyiti tapılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib. 1958-ci il təvəllüdlü Mahir Dursun oğlu Mamedovun meyiti tək yaşadığı evində yataq otağında qonşuları tərəfindən aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.