Fransa nüvə başlığı daşıya bilən yeni “ASMPA-R” ortamənzilli yer-hava raketini istifadəyə verib.
Bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeni raket “Rafale” qırıcısından ikinci sınaq buraxılışından sonra istismara qəbul edilib.
Xəbərdə bildirilir ki, “ASMPA-R” Rusiyanın Avropaya potensial hücumunun qarşısını almağa qadirdir.
Yeni raket Fransanın ən güclü nüvə silahlarından biri hesab olunur.
