Daşkənddə binalar üzərində Azərbaycan bayrağı proyeksiya olunub

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü ərəfəsində Daşkənd şəhərindəki binalar Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu addım iştirakçı ölkələr arasında həmrəyliyi və dostluq münasibətlərini simvolizə edib, şəhərdə bayram ab-havası yaradıb.

Qeyd edək ki, Prezident İlham Əliyev həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistanda səfərdədir.