Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunda, rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, KIA markalı minik avtomobili qarşıda gedən “KamAZ” markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində Şirvan şəhər sakinləri – 1967-ci il təvəllüdlü Gülmira Nuhu qızı Nuriyeva, 1993-cü il təvəllüdlü Aqil Abdul oğlu Nuriyev və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Şəmistan İntiqam oğlu Əmrahzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra Ş.Əmrahzadə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
