Qubada hindistanlı turisti avtomobil vuraraq öldürüb

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 
Hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib. 1985-ci il təvəllüdlü, Hindistan vətəndaşı Mansur Xanı avtomobil vurub. Xəsarət alan şəxs dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.