Zelenski Türkiyəyə səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcək.

Bu barədə Zelenski öz “Telegram” kanalında paylaşım edib.

“Sabah (noyabrın 19-da – red.) Türkiyədə görüşlərimiz olacaq. Danışıqları aktivləşdirilməsinə hazırlaşırıq və tərəfdaşlarımıza təklif edəcəyimiz həll yolları hazırlamışıq. Bütün gücləri müharibənin sonunu yaxınlaşdırmağa yönəltmək – bu, Ukraynanın ilkin prioritetidir. Həmçinin əsirlərin mübadiləsi və qaytarılmasını bərpa etmək üzərində də çalışırıq”, – deyə o paylaşımda bildirib.