Rusiyanın “LUKOIL” şirkətinin Finlandiyadakı törəmə şirkəti “TEBOIL” mərhələli şəkildə fəaliyyətini dayandıracağını elan edib.
Bu barədə məlumatı şirkətin mətbuat xidməti yayıb.
“Şirkət öz fəaliyyətinə xitam verməyə hazırlaşır”, – deyə məlumatda bildirilib.
Bildirilib ki, “TEBOIL” yanacaqdoldurma məntəqələri tədricən, yanacaq ehtiyatı satıldıqca bağlanacaq. Yanacaq üçün nağd ödəniş oktyabrın sonunda dayandırılıb.
“TEBOIL” 1934-cü ildə yaradılıb. 2005-ci ildən şirkətin sahibi “LUKOIL”dur.
