Cəlilabadda diş poliklinikasında çürümüş kişi meyiti tapıldı

Cəlilabad şəhərində diş poliklinikasında çürümüş meyit tapılıb.

Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində yerləşən fəaliyyət göstərməyən tibb müəssisəsinin ikinci mərtəbəsində qeydə alınıb.

Meyiti çürüməyə məruz qalmış şəxsin 1976-cı il təvəllüdlü Cavid Səftər oğlu Əkbərov olması müəyyən edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.