Qazaxda kişinin meyiti qardaşının həyətindən tapıldı

Qazaxda evin həyətində kişi meyiti tapılıb.  

Median.Az xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb. 

Belə ki, 1963-cü il təvəllüdlü Əhmədov Ənvər İmran oğlunun meyiti həmin kənddə qardaşına məxsus evin həyətində, ağaclıq ərazidə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bəlli deyil.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.//qafqazinfo.az