Azərbaycan Texnologiya Universitetinin professoru vəfat edib – FOTO

Azərbaycan Texnologiya Universitetinin professoru Mahal Şaban oğlu Qurbanov vəfat edib.

Bu barədə Azərbaycan Texnologiya Universitetindən məlumat verilib.

Professor ötən gün gözlənilmədən vəfat edib.

O, 2022-ci ildən bu günə qədər Azərbaycan Texnologiya Universitetində “Ümumi və tətbiqi riyaziyyat” kafedrasında professor-müəllim kimi işləyib.

Qeyd edək ki, Mahal Şaban oğlu Qurbanov 1957-ci il fevralın 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

O, 1964-74-cü illərdə Faxralı orta məktəbini, 1979-cu ildə isə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib.

Ailəli olub, üç qız övladı var.