Bu il çoxmənzilli yaşayış binalarında neçə yanğın faktı qeydə alınıb?

Cari il ərzində respublika ərazisində çoxmənzilli yaşayış binalarında 114 yanğın faktı qeydə alınıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, sözügedən yanğınlar nəticəsində 6 nəfər həyatını itirib, 40 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə yanğınların sayında 9 fakt, xəsarət alanların sayında isə 41 nəfər azalma qeydə alınıb, həyatını itirənlərin sayı isə analoji dövrlə müqayisədə eyni qalıb.