Tovuz sakinini bıçaqlayan şəxs saxlanılıb

Toyda Tovuz sakinini bıçaqlayan şəxs saxlanılıb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində N.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 31 yaşlı Novruz Orucov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, ötən gün Tovuz sakini N.Hüseynova toyda kəsici-deşici alətlə xəsarət yetirilib. Onun vəziyyəti orta ağır olaraq qiymətləndirilib.