Türkiyədə məhkəmə binasında partlayış: Yaralanan var

Türkiyənin Şanlıurfa məhkəmə binasının seyf bölümündə partlayış baş verib.

Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, partlayış nəticəsində bir nəfər yaralanıb.

Binanın seyf bölümündə elektron cihazın partladığı iddia edilir.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırma başlanıb.