Honq Konqda yanğın baş verən binada 13 nəfər qalıb

Honq Konqun Tay Po rayonunda yanan yaşayış kompleksində olan 13 nəfərin, o cümlədən iki azyaşlı uşaqdan xəbər yoxdur.

Report-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu şəhər hakimiyyəti bildirib.

Ümumilikdə 4 nəfərin həlak olduğu bildirilib.

Bundan əlavə, 9 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3 nəfərin vəziyyəti kritikdir.

İlkin məlumata görə, yanğın karaoke-barda başlayıb.