Göyçayda qəza: Xəsarət alan var

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın məlumatına görə, hadisə noyabrın 26-sı saat 21 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonu ərazisindən keçən hissəsində baş verib.

41 yaşlı Namiq Həsənovun idarə etdiyi QAZ-31 markalı avtomobillə 20 yaşlı Nihad Əliyevin idarə etdiyi VAZ-21011 markalı maşın toqquşub. Nəticədə VAZ-21011-in sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.