Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabr 28-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə ADY məlumat yayıb.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Bakıdan Ağstafaya isə saat 17:20-də yola düşəcək. Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərlər.