Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapıldı – Boğularaq öldürülüb

Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapılıb.

Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə rayonun Bolsulu kəndində baş verib.

Kənd sakini 1958-ci il təvəllüdlü Nazilə Hüseyin qızı Mustafayeva yaşadığı evdə ölü vəziyyətdə aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, N.Mustafayeva yaşadığı evdə boğularaq öldürülüb.

Faktla bağlı araşdırma başlanıb.